Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyun 2014

HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİNİN BƏYANATI!

QURANI NAZİL EDƏN ALLAHIN ADI İLƏ!

“Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir! Axirətə inanmayanlar üçün isə şiddətli bir əzab hazırlamışıq!” (İsra surəsi 9-10)
Son günlər əhalisinin 95% müəslman və müqəddəs Qurana etiqadı olan və müharibə şəraitində yaşanan Vətənimizdə, Quran və Əhli-Beyt (əleyhimussalam) aşiqi, Höccətül-İslam vəl-müslimin, Beynəlxalq Əl-Müstafa (s) univeristetinin məzunu, din xadimi Kərbali Adil qardaşımıza qarşı müqəddəs Quranı tədris etdiyinə görə təzyiqlər və qondarma məhkəmə prosesi başlanmasını media vasitələrindən eşidik.
Hicab və Hicab Qadağası Məhbuslarının Müdafiə Komitəsi əziz qardaşımız və din xadimimizə qarşı dövlət məmurlarının və ya sifarişli şəkildə təşkil olnumuş bu özbaşına təzyiqləri qəti olaraq, pisləyir və başda ölkə başçısı olmaqla, bütün məsuliyyətli şəxslərdən tezliklə, ölkədə Quran və Əhli-Beyt (əlehiymussalam) aşiqlərinə qarşı təzyiqləri o cümlədən, din xadimi Kərbəlayi Adilə qarşı bu haqsızlığı qəti şəkildə dayandırılmasını tələb edirik!
Ümivarıq, əziz müsəlman xalqımız bu gün İslam aləmində, İslam düşmənlərinin İslama qarşı “ifratçı terroristlər” əli ilə başlanmış müharibədən bir qədər ayılcaq və Quran və Əhli-Beyt (ə) məktəbinin və Onun davamçılarının İslam aləmində nə qədər mətin, məntiqi, insanlara nicat verən və kamil bir məktəb olduğunu dərk edəcəklər. Bu minvalla tezliklə, Haqqı müdafiə etdiklərinə görə zindanlara məhkum olmuş Yusiflərimiz də tezliklə izzətlə azadlığa çıxacaqlar! İnşallah!

Mudafiə Komitəsi mətbuat şöbəsi
2014-06-27

Hicab.org
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber