Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Şimali Koreya yaxın mənzilli 2 raketi sınaqdan keçirib

Şimali Koreya Koreya yarımadasının şərq sahillərindən Yapon dənizinə yaxın mənzilli 2 raket buraxıb. “Frans Press”-in verdiyi xəbərə görə, bu barədə Şimali Koreya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Raketlər yerli vaxtla saat 5.00-da ölkənin şərq sahillərindən buraxılıb”, deyə Şimali Koreya Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.

Xatırladaq ki, iyunun 26-da Şimali Koreya Yapon dənizinə yaxın mənzilli 3 raket buraxıb. Məlumata görə, ölkə lideri Kim Çen In raketlərin sınaqdan keçirilməsini izləyib.
1104 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
27.03.17, 10:31
Ac qarına yaşayan əhali
22.03.17, 15:14
Doktor Mövsüm Səm