Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Azərbaycanlı gənc qəza törətdi: Moskva yenidən qarışdı

Dünən Moskvanın qərbində ölümlə nəticələnə yol qəzası kütləvi davaya rəvac verib.

Saat 22:30 radələrində Kutuzov prospektində "Volkswagen” markalı maşınla hərəkət edən 22 yaşlı, Qafqaz görkəmli gənc idarəetməni itirərək motoskletlə toqquşub. Nəticədə 17 yaşlı bir nəfər ölüb, yaralananlar var.

Virtualaz.org Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra qəza yerinə gələn bir qrup gənc arasında kütləvi dava baş verib. Bəzi məlumatlara görə, davada 200-ə yaxın şəxs iştirak edib. Polis dava edənləri ayıraraq bir nəfəri saxlayıb. Qəzanı törətdiyi bildirilən həmin şəxsə qarşı cinayət işi açılıb. Onu 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Rusiya mətbuatının polisdəki mənbələrə əsasən yaydığı xəbərə görə, saxlanan şəxs 22 yaşlı azərbaycanlı Ələkbərov Ağəli İslahan oğludur.
2612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.05.19, 09:21
Ərdoğan: S-400 alınır
16.05.19, 08:47
Helikopter çaya düşdü
14.05.19, 12:05
Moskva və Vaşinqton...
13.05.19, 08:34
İrandan ABŞ-a sərt mesaj
Go to TOP