Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Əfqanıstanda 260 silahlı öldürülüb

Əfqanıstanın Gilmənd əyalətində təhlükəsizlik qüvvələri “Taliban” hərəkatının döyüşçülərinin hücumunu dəf edib, 260 silahlı öldürülüb.

Taliblərin həmləsi iyunun 26-dan başlayıb – onlar nəzarət-buraxılış məntəqələrinə və inzibati binalara hücum ediblər. Hücumda 800-dək silahlı iştirak edib.

“Talibanın hücumu dəf edilib, onların əraziləri ələ keçirmək planı tamamilə pozulub”, deyə DİN nümayəndəsi Siddiq Siddiqi bildirib. Onun sözlərinə görə, döyüşlərdə 28 əfqan hərbçisi həlak olub.
1126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP