Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Bağdad yaxınlığında İŞİD-lə ağır döyüşlər: 74 ölü - Video

Bağdadın cənubunda İraq ordusu və silahlılar arasında baş vermiş döyüş zamanı 74 nəfər ölüb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bir neçə saat davam edən şiddətli döyüş Bağdaddan 50 km cənubda yerləşən Curf əs Səhr rayonunda baş verib. Atışma zamanı 21 hərbçi həlak olub, İŞİD qruplaşmasının azı 53 üzvü öldürülüb, 40-dək silahlı yaralanıb, bir neçəsi isə saxlanılıb.  

Bu arada isə İraqın Tikrit şəhərinin İraq Şam İslam Dövləti qruplaşmasından geri alındığı barədə məlumatlar yayılıb. Hazırda Tikritin mərkəzi İraq ordusunun nəzarətindədir.
 
İraqın rəsmi televiziya kanalı Tikritdəki döyüşlərdə 60 silahlının öldürüldüyü və şəhərin administrasiya binasının ordunun əlinə keçdiyi barədə məlumat yayıb.
 
Qeyd edək ki, bir müddətdir qanlı döyüşlərin getdiyi İraqda "İraq Şam İslam Dövləti" qruplaşması və bəzi əşirətlər Mosul, Tikrit, Bakubə və Telafer şəhərlərini, eləcə də bir neçə qəsəbəni ələ keçirmişdi./apa/

1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber