Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

DÇ-nin 1/4 finalına vəsiqə qazananlar

Olimpiya sistemi ilə davam etdirilən bu mötəbər yarışın artıq ilk 1/8 final qarşılaşması başa çatıb.

Məşhur ingiltərəli hakim Hovard Uebbin idarə etdiyi qarşılaşmada meydan sahibləri Çili ilə üz-üzə gəlib. Oyunda hesabı braziliyalılar açıblar: 17-ci dəqiqədə David Lius fərqlənib.

Amma 15 dəqiqə sonra Çili yığması buraxılan qolun əvəzini çıxıb. Aleksis Sançes dəqiq zərbəylə qolla tarazlığı bərpa edib – 1:1.

İkinci hissədə qapılara top vurulmadığından hər biri 15 dəqiqə olmaqla daha iki hissə oynanılıb. Lakin hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyası ilə müəyyənləşib.

Daha dəqiq olan Braziliya yığması 3:2 hesablı qələbə qazanıb.

1/8 final

28 iyun

Braziliya – Çili - 1:1
Qollar: Luis, 17 - Sançes, 33

Penaltilər seriyası: Luis, (1:0); Pinilia, (1:0); Villian, (1:0); Sançes, (1:0); Marselo, (2:0); Aranqis, (2:1); Halk, (2:1); Dias, (2:2); Neymar (3:2); Qonzalo (3:2)


Çilini penaltilər seriyası ilə mübarizədən kənarlaşdıran meydan sahiblərinin ardınca, Kolumbiya millisi də 8 ən güclü sırasına vəsiqə qazanıb.

Uruqvayla qarşılaşan Xose Pokermanın komandası hesabı 28-ci dəqiqədə açıb. Ceyms Rodriqez uzaq məsafədən vurduğu gözəl qolla Kolumbiyanı önə çıxarıb. İkinci hissənin ilk dəqiqələrində Ceyms həm dublunu, həm də komandasının növbəti mərhələyə çıxmasını rəsmiləşdirib. İndi kolumbiyalıları 1/4 finalda daha çətin rəqib - Braziliya millisi gözləyir.

1/8 final

29 iyun

Kolumbiya – Uruqvay - 2:0
Qollar: Ceyms Rodriqez, 28; 50
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi