Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

Hansı rayonun icra başçısı daşa basıldı?

Tərtərdə camaat ayağa qalxıb. Bələdiyyələr işləmək istəmir. Tərtər rayonunun yeni icra başçısı Müstəqim Məmmədov vəzifəyə təyin edildiyi gündən rayondakı obyektlərdən haqq yığmağa başlayıb.

Rayon sakinlərinin İnterpress.az-a verdiyi məlumata görə, Müstəqim Məmmədovun etdikləri camaatı qıcıqlandırır. Məktəblərdən, idarələrdən pul yığması azmış kimi, camaatın torpaqlarına da göz tikib. Bələdiyyələrin satdığı torpaqları geri qaytarıb mənimsəmək istəyir.

Tərtər rayon bələdiyyələri ilə əlaqə saxladıq. Adının çəkilməsini istəməyən bələdiyyə işçisi bildirdi ki, "Bizim əlimizdə olan torpaqları Müstəqim Məmmədov ələ keçirmək istəyir. Ona görə də, bələdiyyələr işləmək istəmir. Başçı bizə haqq qoyur. Bizdə camaatdan əlavə pul istəyəndə onlarda haqlı olaraq narazılıq edirlər".

Rayon sakinlərinin verdiyi məlumata görə, bir neçə gün öncə Tərtər rayon icra hakimiyyətinin həyətinə yığışıblar ancaq Müstəqim Məmmədov onları qəbul etmədikdə onsuzda əsəbləri tarıma çəkilmiş camaat icra başçısının maşınını daşa basıb.

Qeyd edək ki, Müstəqim Məmmədov Yevlax rayon icra hakimiyyətinin müavini olub və Yelmar Vəliyevin ən sadiq kadrı sayılır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.../İnterpress/
1381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP