Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

“İŞİD”i qorxudan rus qırıcıları artıq İraqda

İraq “İŞİD”i məhv etməyə hazırlaşır

İraqın Rusiyadan sifariş etdiyi “Suxoy” qırıcılarının ilk təslimatı baş tutub.

İraq parlamentinin müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Abbas əl-Bəyati verdiyi açıqlamada, "Bu gün 10 ədəd “Suxoy” təyyarəsi İraqa çatdı, geri qalan hissəsi də qısa zamanda sahib olacağıq" - deyə bildirib.

Bəyati ən son texnologiyaya sahib təyyarələrlə İraqın hava qüvvələrinin hiss olunacaq dərəcədə güclənəcəyini qeyd edib. Hazırda satın alınan təyyarələrin Mosuldakı döyüşdə və İraq Şam İslam Dövləti (İŞİD) təşkilatının səhradakı hərbi düşərgələrini hədəf almaqda istifadə ediləcəyi vurğulanıb.

Qeyd edək ki, bir müddətdir qarşıdurmaların yaşandığı ölkədə, İŞİD terror təşkilatı Mosul, Tikrit, Baxibə və Telafer şəhərlərini ələ keçirib. 2003-cü ildə ABŞ-ın işğalından sonra ölkənin Hərbi Hava Qüvvələri xeyli zəifləmişdi.
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...