Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

29 iyunda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
İyunun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23, gündüz 30 dərəcəyədək isti olacağı gözlənilir.
Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
İyunun 29-da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Xəbərdalıq
İyunun 29-da Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, iyunun 30-da daha da şiddətlənəcək.
1597 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06