Şrift ölçüsü:
A+
A
A-
Kr
29 İyun 2014

CHP parçalandı, daha bir prezidentliyə namizəd irəli sürüldü

CHP -də prezidentliyə namizəd məsələsində qalmaqal böyüyür. CHP Əskişəhər millət vəkili Süheyl Batum telekanalların birində prezidentliyə namizədinin CHP və MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu deyil, Ankara millət vəkili Əminə Ülkər Tarhan olduğunu açıqlayıb.
Bu xəbər Türkiyədə sosial şəbəkələrdə yayıldıqdan sonra, CHP üzvlərindən dəstək mesajı gəlməyə başlayıb. Namizədliyi irəli sürülən Əminə Ülkər Tarhan isə bu xəbəri sakit bir şəkildə qarşılayıb.
Bundan sonra, telekanallardan birində çıxış edən CHP Uşaq millət vəkili Akagün Yılmaz da, Əminə Ülkər Tarhanın namizədliyini dəstəkləyib. Telefonla proqrama qoşulan Adana millət vəkili Ümit Özışıq da Tarhanı dəstəklədiyini bildirib.
976 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı