Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Bu şəhərdə iftar vaxtı 2 dəfə azan oxunur

Şəhərdə ilk azan sünnilər, 8 dəqiqə sonra ikinci azan Cəfəri məzhəbi mənsubları tərəfindən oxunur

Türkiyədə azərbaycanlıların kompakt yaşadığı İgdır şəhərində iftar vaxtı iki dəfə azan oxunur. Şəhərdə ilk azan sünnilər tərəfindən, bundan 8 dəqiqə sonra ikinci azan Cəfəri məzhəbi mənsubları tərəfindən oxunur. Məlumata görə, illərdir davam edən bu vəziyyət yerlilər tərəfindən təbii qarşılanır və sakinlər azanın hansı məsciddə oxunduğuna baxaraq oruclarını açırlar.

Cəfəri din xadimi Zəki Tümay rəsmilərdən bu işin bir sistemə qoyulmasını gözlədiklərini deyib.

“Azana hamı diqqət etməli, hörmət göstərməlidir. Bəzi insanlar azan səsini eşidən kimi orucunu açır. Bu səhvdir. Müftiliyin müəyyən etdiyi azan vaxtı ilə bizim azan vaxtı arasında 7-8 dəqiqə fərq var. Bizim fiqhdə günəş batdıqdan sonra qərb üfüqündə meydana gələn qırmızılıq insanın başının üstündən keçdikdən sonra şam namazının və iftarın vaxtıdır. Sünni qardaşlarımızda isə qırmızılıq itən kimi şam namazının vaxtıdır. Arada 8 dəqiqə fərq var. Biz 8 dəqiqə taz açsaq orumuzu batil olar. Amma onlarda 8 dəqiqə gec oxunsa heç nə olmaz. Sünni qardaşlarımızdan anlayış gözləyirik”.

Sünni məscidlərdə isə, rəsmi dövlət komitəsi olan “Diyanət”in təyin etdiyi vaxtda azan oxuduqlarını deyirlər. Yerlilər isə orucu bəzən tez, bəzən gec açdıqlarını, bəzən də şəxsi fətvaları ilə hərəkət etdiklərini bildirirlər./ans/
1663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı