Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Futbol üzrə XX dünya çempionatı davam edir

Braziliyada futbol üzrə XX dünya çempionatı davam edir.

Mundialın pley-off mərhələsi çərçivəsində Fortaleza şəhərindəki “Kastelao” stadionunda Hollandiya və Meksika milli komandaları qarşılaşıblar. Oyunun ikinci hissəsinin əvvəlində Meksika hesabda önə çıxsa da, avropalılar oyunun son dəqiqələrində geri dönüş edə biliblər. Belə ki, oyunun 88-ci dəqiqəsində Sneyder komandasının bərabərlik qolunu vurub. Oyuna əlavə dəqiqələrdə isə Holandiya penalti zərbəsindən qələbə topunu vurmağı bacarıb.

Qeyd edək ki, oyunu portuqaliyalı baş hakim Pedro Proenca idarə edib.

Hollandiya - Meksika - 2:1
Qollar: Dos Santos, 48 (0:1), Sneyder, 79 (1:1), Huntelar, 90+4-pen. (2:1)

Kosta Rika növbəti mərhələdə

Cənubi Amerika təmsilçisi Yunanıstanı penaltilərdə 4-3 hesabı ilə məğlub edib
Kosta Rika millisi Yunanıstanla üz-üzə gəlib. Matçın ilk hissəsi heç-heçəylə başa çatıb. Oyunda ilk qol 52-ci dəqiqəyə təsadüf edib. Brayn Ruiz Kosta Rikanı hesabda önə keçirib. Cavab qolu isə oyunun sonuna saniyələr qala Sokratis Papasdapulosdan gəlib.

Matçın əsas hissəsi 1-1 hesabı ilə başa çatdığı üçün yığmalar əlavə 30 dəq oynamalı olublar. Əlavə vaxtda da qalib müəyyənləşməyib və matç penaltilərə qalıb. Cənubi Amerika təmsilçisi Yunanıstanı penaltilərdə 5-3 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/4 finalda Kosta Rikanın rəqibi güclü Hollandiya yığması olacaq.
1341 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:11