Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

20 yaşlı qadın əri tərəfindən bıçaqlandı

İyununun 29-da axşam saatlarında Siyəzən şəhəri, Babaverdi Dəmirov küçəsi, 27 ünvanında bıçaqlanma faktı qeydə alınıb.

1994-cü il təvəllüdlü İsgəndərova Səbinə Əbil qızına bədəninin müxtəlif nayihələrindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Tibb müəssisəsindən verilən məlumata görə, hazırda yaralının vəziyyəti kafidir. Daxil olan məlumat əsasında Siyəzən rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Məlum olub ki, 20 yaşlı qadını həyat yoldaşı 1992-ci il təvəllüdlü Siyəzən şəhər sakini İsgəndərov Muradxan Bahadur oğlu bıçaqlayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq istintaqa təhvil verilib.

Siyəzən RPŞ-dan verilən məlumata görə, hadisə tərəflərin arasında baş verən mübahisə zəmnində baş verib. Belə ki, həyat yoldaşının ondan xəbərsiz qaynatasıgilə getdiyindən əsəbiləşən Muradxan İsgəndərov qaynatasının evinə gələrək orada həyat yoldaşına çoxlu sayda bıçaq xəsarəti yetirərək hadisə yerindən qaçıb./Regional TV/
1467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08
Me