Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Türk liseylərində 650-900 manat alanlar, 200-250 manatla razılaşacaq?

500-ə yaxın müəllim yüksək maaşlı işini itirib

Türk liseylərində işləyənlər Azərbaycan məktəblərindəki maaşa qane olacaqmı?

Azərbaycanda fəaliyyəti dayandırılan türk liseylərində 2013-2014-cü dərs ilində 3730 şagird təhsil alıb. Bu barədə Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, XI sinif şagirdləri (526 nəfər) istisna olmaqla dərs ilinin sonunda şagirdlərin ümumi sayı 3204 nəfər təşkil edib. Türk Nazirlikdən həmçinin bildirilib ki, türk liseylərində şagirdlərin təhsili ilə 497 müəllim məşğul olub.

Nazirlikdən bildiriblər ki, türk liseylərində oxuyan şagirdlərin və burada çalışan müəllimlərin digər təhsil müəssisələrində yerləşdirilməsi işinin təşkili ilə bağlı işçi qrupu yaradılıb, həmin müəssisələrin pedaqoci heyəti, eləcə də şagirdlərin valideynləri ilə görüşlər keçirilib. Müvafiq izahat xarakterli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Keçmiş türk liseylərinin yerləşdiyi rayon və şəhərlərin təhsil şöbələri də köməklik məqsədilə bu prosesə cəlb olunub.

Hazırda əsas məsələ şagirdlərin yerləşdirilməsi, müəllimlər üçün iş yerinin müəyyənləşdirilməsindən ibarətdir.

Dövlət Neft Şirkətinin qərarı ilə Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları”nın fəaliyyəti dayandırılıb.

Türk liseylərində bir saat dərsə görə müəllimlər ən azı 10 manat civarında maaş alır. Müəllimlərə həftə ərzində 16-22 saat dərs düşür. Ay ərzində isə bu, 64-88 saat edir. 1 saatı 10 manatdan götürdükdə türk liseylərində dərs deyən müəllimlərinin ayda ən azı 650-900 manat əmək haqqı aldığı bəlli olur. Amma Azərbaycan məktəblərində müəllimlər ən yaxşı halda 200-250 manat əmək haqqı alır. Beləliklə də, liseylərin bağlanması 500 yaxın müəllim ən azı 650 manat maaşı olan olan iş yerini itirib. Onların Azərbaycan məktəblərindəki maaşa qane olub-olmayacağı sual altındadır./azadlıq/
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber