Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Əliyev hansı təhsildən danışır?

Ilham Əliyev ATƏT PA-nın Bakıda keçirilən 23-cü sessiyasında çıxış edib və təhsilin önəmindən danışıb: “Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq. Çünki, bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda savadlı insanlar heç zaman aldatmaya, xaricə təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanətdir” - deyə Ilham Əliyev bildirib.

Biz Əliyevin səsləndirdiyi fikirlərlə razıyıq və təhsilin zəmanət olduğunu qəbul edirik. Ancaq, Azərbaycanda uzun illərdi aparılan siyasət, təhsilə münasibət Ilham Əliyevin səsləndirdiyi fikirlərlə ziddiyyət təşkil edir.

Əvvəla, Azərbaycandakı orta məktəblərin vəziyyəti göz önündədir və imtahan nəticələri rüsvayçıdır. Son 1 ay ərzində 9-11 -ci sinif şagirdləri arasında keçirilmiş imtahanların nəticəsində məlum olub ki, 50472 nəfər “2", 89748 nəfər ”3" alıb.

Bunun əsas səbəblərindən biri ölkədə müəllimə qiymət verilməməsidir. Belə ki, 150 manatın ümidinə qalmış müəllim “repetitor”luq etməyə məcbur olur. Ona görə də əsas enerjisini məktəbdə deyil, evdə xərcləyir. Repetitor yanına gedə bilməyən şagird isə, həvəssiz müəllimin ümidinə qalır.

Əliyev qeyd edir ki, biz təhsilə investisiya yatırırıq. Bəs, bu investisiya niyə müəllimin əmək haqqında hiss olunmur? Niyə tələbənin təqaüdündə görünmür?

Bu gün Azərbaycan təhsili korrupsiya bataqlığını xatırladır, şagirdlər məktəbə pul daşıyır və Ilham Əliyevin haqqında danışdığı investisiyadan xəbər yoxdur. Əgər söhbət məktəb binalarının tikintisindən gedirsə, bunun təhsilə aidiyyatı yoxdur və binalar çoxaldıqca təhsilin keyfiyyəti azalır.

Digər tərəfdən Azərbaycandakı ali məktəblərin əksər hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir, təhsil haqları yüksəkdir və bu amil təhsil alanlar üçün əngələ çevrilib.

Son günlərdə baş verənlər isə, təhsilə növbəti zərbədir və Ilham Əliyev də bundan xəbərdardı.

Söhbət Türk liseylərinin bağlanmasından gedir. Ilham Əliyevin sədri olduğu partiyanın qurucularından olan professor Şahlar Əsgərov da təsdiq edir ki, 10-15 türk liseyinin qazandığı medalların sayı Azərbaycanda mövcud olan 3500 orta məktəbin qazandığı medalların sayından çox idi. Ancaq, Azərbaycan hakimiyyəti normal təhsil verən müəssisələri də siyasi maraqlara qurban verir.

Əliyev bildirir ki, bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Ancaq reallıq onu göstərir ki, Azərbaycanda savadlı mütəxəssislər şərlənərək həbs olunur. Bəli, bugün qondarma ittihamlarla 6-8 il müddətində azadlıqdan məhrum edilmiş NIDA-çı gənclər, bloggerlər, gənc hüquq müdafiəçiləri Azərbaycana həqiqətən də lazımdır və bu adamlar yüksək təhsil alıblar.

Ilham Əliyev qeyd edir ki, təhsil ekstrimizmə, radikalizmə, ksenofobiyaya qarşı zəmanətdir. Əgər belədirsə, niyə bu zəmanəti inkişaf etdirmirsiniz, niyə təhsil müəssisələri “pul kəsən maşın”a çevrilib"

Müəllimə diliənçi maaşı
1369 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber