Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

İŞİD-də nə qədər avropalı döyüşür?

İŞİD-in tərkibində 3561-ə yaxın avropalı vətəndaşın olduğu bildirilir.

ABŞ-da fəaliyyət göstərən "Sofan Qrup" adlı strateji araşdırmalar mərkəzi İŞİD-in tərkibində döyüşən xarici döyüşçülərlə bağlı material dərc edib. Hesabatda Suriyada 3 ildə davam edən müharibə zamanı bu ölkəyə 12 mindən çox xarici vətəndaşın döyüşmək üçün gəldiyi deyilir.

Yayılan məlumatda Suriyaya 81 ölkədən insanların gəldiyi, onlardan ən çoxunun Ərəb dünyası, Orta şərq və Şimali Afrikadan olduğu bildirilir. İŞİD-in tərkibində 2 min 500 adam Səudiyyə Ərəbistanından, 3 min Tunisdən, 1500 Mərakeşdən, 200-ə yaxın isə Əlcəzairdən döyüşçü vuruşur.

İŞİD tərəfindən döyüşən avropalıların da sayı az deyil. Qrupun tərkibində Azərbaycandan 200, Fransadan 700, İngiltərə və Türkiyədən 400, Rusiyadan 800, Avstriyadan 150, Belçikadan 280, Kosova və Hollandiyadan 120, Danimarkadan 100, Almaniyadan 70, İspaniyadan 51, Norveçdən 50, Kanada, Finlandiya, İrlandiya və İsveçdən 30 şəxsin olduğu iddia edilir.

İnterpolun İŞİD-in tərkibində döyüşən xarici üzvlərinin tutulması üçün fəaliyyətə keçdiyi bildirilir.
1345 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11