Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Qəzzəlilər İsrailin aviazərbələrinə 12 raketlə cavab verib

İsrailin havadan müdafiə, “Dəmir günbəz” sistemi Qəzzədən atılan bir neçə raketi zərərsizləşdirə bilib

İsrailin hərbi təyyarələrinin dünən axşam və gecə saatlarında Qəzzəyə endirdiyi aviazərbələrində ən azı bir nəfər həlak olub və daha iki nəfər yaralanıb. İnterAz-ın əl-Məyadin-ə istinadla verdiyi xəbərə görə, bu gün sübh çağı Qəzzə zolağından İsrailin cənub bölgələrinə 12 raket atılıb.

İsrail mənbələrinin məlumatına görə, Qəzzə ilə sərhəddə olan cənub rayonlarında həyəcan siqnalları çalınıb. Digər bir məlumata görə, İsrailin havadan müdafiə, “Dəmir günbəz” sistemi Qəzzədən atılan bir neçə raketi zərərsizləşdirə bilib.

Qeyd edək ki, dünən axşam və gecə saatlarında İsrailin pilotsuz təyyarələri Qəzzənin Xan-Yunis rayonuna aviazərbələr endiriblər.
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber