Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

"Bölgədə yeni və daha qüdrətli "Hizbullah" yaranmaqdadır"

“ABŞ və İsrailin İslam inqilabından sonra idarə etdiyi hər bir müharibənin və döyüşün nəticəsi bizim leyhimizə olub”

“ABŞ və İsrailin İslam inqilabından sonra idarə etdiyi hər bir müharibənin və döyüşün nəticəsi bizim leyhimizə olub”. İnterAz-ın Tabnak.ir-ə istinadla verdiyi xəbərə görə, bunu Ayətullah Xameneinin İran İslam İnqilabının Keşikçilər Korpusundakı (Sepah) nümayəndəsi briqada genaralı Məhəmməd Hüseyn Sepehr deyib.

İranlı general ölkə şəhidlərinin xatirəsinə həsr edilən mərasimdə çıxışı zamanı ABŞ-ın bölgədə apardığı ikili standartı kəskin şəkildə tənqid edib və bölgədə yeni mübarizə hərəkatlarının formalaşmaqda olduğunu qeyd edib.

“Bu gün Bəhreyn camaatının əksəriyyəti ölkədə hakimiyyətin dəyişdirilməsini tələb edir. Niyə ABŞ bəhreynlilərin tələblərinə cavab vermir və onları dəstəkləmir. Məgər Nuri əl-Maliki İraqda seçkilərin qalibi olmadı? Niyə Amerika və Avropa onun əleyhinə mövqe tuturlar. Bu onu göstərir ki, ABŞ demokratiyası yalandan başqa bir şey deyil. İslam İnqilabından öncə ABŞ və İsrailin həyata keçirdiyi və idarə etdiyi müharibələrin mənafeyini özləri əldə edə biliblər. Lakin İslam inqlabından sonra hər şey fərqli oldu. Bu gün şəhidlərin qanı bahasına “Hizbullah” təkcə Livanda deyildir. İraq və Suriyada da daha güclü və qüdrətli “Hizbullah” formalaşmaqdadır".
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1