Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Oktyabr 2013

Volqoqrad terrorunu xüsusi xidmət orqanları törədib

Şok iddia! Volqoqrad terrorunu xüsusi xidmət orqanları törədib 

Volqoqradda baş verən terror aktını Rusiyanın xüsusi xidmət orqanları – daha dəqiqi Federal Təhlükəsizlik Xidməti təşkil edib.

Bir bloqerin paylaşdığı analiz xarakterli videosu RuNet-də ildırım sürəti ilə yayılır. Bloqer həmin hadisənin avtoregistrator vasitəsi ilə əldə edilmiş video görüntülərini araşdırıb və bəzi faktlar ortaya çıxıb.

Videonu yavaş rejimdə izləyəndə görünür ki, partlayan avtobusla yan-yana bir maşın gedir. Partlayışdan dərhal sonra avtobusun sərnişinlərindən biri dərhal pəncərədən aşağı tullanır. Onun tullanışından hiss olunur ki, xüsusi təlim görmüş biridir. Həmin şəxs dərhal avtobusun yanındakı maşına yaxınlaşıb oradan bir çanta götürür. Sonra da zərərçəkmişlərin arasına qaçır. Sonra həmin maşından dörd nəfər çıxaraq zərərçəkmişlərin arasına qatılır. Bundan sonra da maşın ərazidən uzaqlaşır.

Bloqer idda edir ki, maşından düşən dörd nəfər sonradan ifadə verən yalançı şahidlərdir. Həm də partlayıcı qurğunun düyməsinin həmin maşında olduğu güman edilir. Çünki avtobus məhz həmin maşınla paralel olanda partlayıb./qafqaznews
1759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:22