Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

DÇ-də nəfəs kəsən mübarizə: Avropa-Afrika dueli

Braziliyada təşkil olunan sayca 20-ci Dünya Kubokunun 1/8 final mərhələsinin oyunları davam edir.

Bu gün daha iki qarşılaşma baş tutacaq.

Qeyd edək ki, “Estado Nəşnl” stadionunda baş tutacaq Fransa-Nigeriya matçını Mark Qeyqerin başçılığı ilə ABŞ-lı hakim heyəti idarə edəcək.

Onu da bildirək ki, bu komandalar indiyədək bir dəfə qarşılaşıb. 2009-cu ildə keçirilən oyunda 0:1 hesabı ilə Nigeriya yığması Fransaya qalib gəlib.

Maraqla gözlənilən Fransa-Nigeriya matçı Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.

Almaniya-Əlcəzair

Gecənin növbəti oyunu Almaniya və Əlcəzair milliləri arasında keçiriləcək.
Mundialda maksimum nəticə göstərərək sürpriz komandalardan sayılan Əlcəzair yığması indiyədək yalnız bir dəfə Almaniya yığması ilə qarşılaşıb.

1982-ci ilin mundialında baş tutan tarixi matçda Əlcəzair komandası böyük əzm göstərərək 1:2 hesabı ilə qələbə qazanmışdı.

Xatırladaq ki, Braziliyalı hakim Sandro Meyra Riççinin idarə edəcəyi bu möhtəşəm matç “Estadio Beyra-Rio” stadionunda keçiriləcək.

Oyun Bakı vaxtı ilə 01:00-da başlayacaq.
1235 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber