Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Azərbaycanda 3 nəfər çimərkən boğuldu

NövbətçiTweet Ötən gün ərzində Azərbaycanda 3 nəfər suda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, iyunun 28-də Şirvan kanalının Göyçay şəhərinin ərazisindən keçən hissəsində Zərdab rayon sakini Elnar Məmmədov çimərkən suda boğulub.

E.Məmmədovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Bakı şəhər sakini Ruslan Abdullayev Quba rayonu Qırız Dəhnə kəndində Qudyalçay çayında qayıqdan yıxılaraq suda boğulub.

Şəmkir rayonu Seyfəli kəndinin ərazisində kənd sakini Elvin Gözəlov Şəmkir çayında çimərkən suda boğulub./ans/
1314 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20