Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Ayətullah Xamenei: “Bu gün İraqdakı hadisələri qızışdıranlar ABŞ və Qərbdir”

“Bu gün düşmənlər vətəndaş müharibələrinə sərmayə qoyur”. Bunu Ali Dini Lider, Ayətullah Seyid Əli Xamenei bildirib.

Onun sözlərinə görə, bu gün İraqda baş verənlər ABŞ və Qərb sevdalıları ilə xalqların müstəqilliyini müdafiə edən vətəndaşların qarşıdurmasıdır: “Bu gün İraq başda olmaqla bəzi müsəlman cəmiyyətlərində böhran və qarışıqlıq çıxarılması yolunda düşmənin casusluq orqanlarının rolu var. İslam düşmənləri müsəlman xalqlar arasında qarşıdurma yaratmaq üçün sərmayə yatırır, onları etnik və məzhəb fərqliliyi səbəbindən bir-biriləri ilə qarşı-qarşıya qoyurlar. Müstəkbirlərin İraq və digər bəzi ölkələrdəki hadisələrlə əlaqədar təbliğatları onların şiə-sünni qarşıdurması çıxmasına böyük ümid bağladıqlarını göstərir. İraqda Səddam Hüseyn rejiminin tör-töküntüləri bir qrup “qafil, cahil, idrakdan uzaq və mənəviyyatsız” insanlarla birlikdə cinayətlər işləyirlər və düşmənlər də bu hadisələri yalandan şiə-sünni qarşıdurması adlandırırlar. Lakin bu, arzudan kənara getməyəcək. İraqda baş verənlər heç bir vəchlə şiə-sünni qarşıdurması deyil. Lakin bu döyüş terrorizmlə terrorizm əleyhdarlarının, ABŞ və Qərb sevdalıları ilə müstəqillik tərəfdarlarının, insanlığın vəhşiliklə döyüşüdür”.

Ayətullah Seyid Əli Xamenei deyib ki, bəzi dövlətlər terroru İraqdan digər ölkələrə də yaymağa çalışırlar: “Bu gün İraqdakı hadisələri qızışdıranlar terroru dəstəkləyənlər, yandaşları, ABŞ və Qərbdir. Ona görə də xalqların diqqətlə bu hadisələri yaxından izləmələri lazımdır. İraqa düşmən olan ölkələr şiə-sünni qarşıdurması yaradacaqlarına inanırdılar. Lakin xəyalları suya düşdü. Düşmən müsəlmanların müstəqillik və qürurlarını məhv etmək üçün heç bir şeydən çəkinməyəcəyini bilməlidir. “İslami oyanış və müsəlman dünyasının inkişaf etməsi qayğısı”ndan xilas olmaq müstəkbirlər cəbhəsinin şiə-sünni qarşıdurması çıxarmaq istəməsinin altında yatan əsl səbəbdir. Buna etiraz etmək üçün də islami xalq demokratiyası resepti tək bənzərsiz şəfa verici reseptdir”.
1241 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...