Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Masonlar Bakıda xüsusi toplantı keçirib - Foto

Dünən Bakıda Masonların Ali Lojasının toplantısı keçirilib.

Məlumata görə, toplantıda masonluğun vacib ritualı olan installiatsiya (quraşdırma) həyata keçirilib. İnstalliatsiya, Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimidir. Bu dəfə Azərbaycan masson lojasından yeni Ali Ustad Araz Kanzas and içib. Masonların iyunun 24-də Bakıya gəldiyi bildirilir. Qonaqlar sırasında Azərbaycanda mason lojasının yaradılmasında böyük rolu olan Andrey Boqdanov, Azərbaycanda mason lojasının rəhbəri və bünövrəsini qoyan Bağır Heyyətin də iştirak etdiyi bildirilir. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına tolaşıblar və Azərbaycanın milli musiqisini dinləyiblər./pia/


1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:07
Şeyx