Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Masallıda 4 dəfə həbsdə olmuş şəxs icra nümayəndəsi işləyir

Qızılağac kəndnin «kəndxudası» Şamil Məmmədov terrorçuluqda, azyaşlı qızı zorlamaqda, ehtiyatsızlıqdan və bilərəkdən cinayət törətməkdə, habelə narkotik maddələrin satışından mühakimə olunub.
Masallı rayon Qızılağac kənd icra nümayəndəsinin başçısı Şamil Məmmədovla bağlı ilginc iddia var. Sözügedən şəxs 4 dəfə ayrı-ayrı vaxtlarda mühakimə olunaraq, həbs həyatı yaşayıb. Və bundan rayon İcra Hakimiyyəti başçısının da xəbəri var. Lakin bütün bunlara baxmayaraq, Məmmədov hələ də vəzifəsinin başındadır.
Həmin məlumatda vurğulanır ki, sözügedən icra nümayəndəsi ilk dəfə 14.03.1985-ci il tarixdə yerli milis tərəfindən saxlanılıb. 26.03.1985-ci ildə isə Astara rayon Məhkəməsinin hökmü ilə CPM-in 214.2.42 maddəsi ilə mühakimə olunaraq, 2 il azadlıqdan məhrum edilib. Həmin maddə terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaqdan ibarətdir.
Şamil Məmmədovun ikinci həbsi isə 01.10.1989-cu ildə reallaşıb. Verilən məlumatda vurğulanır ki, 214.4.44 və 15 və 153-cü maddələrlə barəsində həmin ilin 24 noyabrında hökm çıxarılıb. 5 il həbs cəzası almış indiki icra nümayəndəsi «Qəsdən və ehtiyatsızlıqdan cinayət törətmə» və «Əxlaqsız hərəkətetmə» maddələri ilə ittiham olunub.
Amma Məmmədovun həbslərinin sayı bununla yekunlaşmır. Onlardan daha biri 13.09.2002-ci ildə reallaşıb. Qaradağ rayon Məhkəməsində 79537 saylı Cinayət İşinin əsasında sözügelən şəxs 194.2.1 maddəsi ilə mühakimə olunub.
Elə həmin il Şamil Məmmədov narkotik alveri üzrə qaldırılmış cinayət işinə görə də, mühakimə olunub və buna görə, 3 il həbsdən azad edilib.
Məlumatlara görə, Masallının Qızılavar kənd icra nümayəndəsinin əməlləri bununla yekunlaşmır. Onun dünyasını dəyişmiş şəxsin adına pul yazdıraraq, özünə götürməsi, yerli fermerlərə qan uddurması, hər ferma üçün 4200 manat pul istəməsi və digər işlərlə də məşğul olduğuna dair bilgilər var. Onları dəqiqləşdirdikdən sonra oxuculara təqdim edəcəyik.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
P.S. Masallının icra başçısı Rafil Hüseynov keçmiş icra başçısı Qəzənfər Ağayev tərəfindən vəzifə başına gətirilmiş Şamil Məmmədovun keçmişi barədə yəqin ki, məlumatsızdır. Ümid edirik ki, yazdıqlarımızdan sonra qanunun aliliyi tələbini yerinə gətirib, Qızılavar camaatını 4 dəfə həbsdə yatmış birinin əlindən xilas edəcək. Çünki ən ağır maddələrlə ittiham olunmuş və həbsdə yatmış birinin dövlət qulluqçusu kimi çalışmasına qanun da imkan vermir. Amma pulun buna imkan verəcəyini istisna etmirik./jam/
1046 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber