Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2014

Rusiyadan Ukraynaya sərt xəbərdarlıq

Rusiya XİN-i rəsmi Kiyevdən Ukraynanın şərqində öldürülən rusiyalı jurnalistin öldürülməsi şəraitini araşdırmağı tələb edib.

“Ukrayna rəhbərliyindən faciənin obyektiv şəkildə araşdırılmasını və günahkarları ciddi şəkildə cəzalandırmağı tələb edirik”- deyə, Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, ötən gün Ukraynanın şərqində Rusiyanın birinci kanalının əməkdaşı Anatoliy Klyan naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində öldürülüb.

“Donetsk Xalq Respublikası”nın prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
1271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP