Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

İtkin düşən 3 israillinin meyiti aşkarlanıb

İki həftə əvvəl İordan çayının Qərb sahilində itkin düşən 3 israillinin meyiti Xevron şəhəri yaxınlığında, çalada aşkarlanıb. “BBC”nin verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun nümayəndəsi bildirib.

İşğalçı İsrail ordusu Xevron şəhəri yaxınlığında yerləşən Fələstinin Halhul şəhərini mühasirəyə alıb. Məlumata görə, sonuncu dəfə gəncləri məhz bu şəhərin yaxınlığında görüblər.

Ehtimallara görə, Kfar Etsion yaşayış məntəqəsindəki dini məktəbin şagirdləri olan Eyal İfrah (19 yaş), Gilad Şayer (16 yaş) və Naftali Frenkel (16 yaş) Xevron dağı yaxınlığında naməlum avtomobili saxlayıb mindikdən sonra itkin düşüblər.

Qondarma İsrail hakimiyyəti gənclərin oğurlanmasında Fələstinin HƏMAS hərəkatını günahlandırıb. HƏMAS insidentlə əlaqəli olduğunu təkzib edib./apa/
1206 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56