Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Fransa – Nigeriya - 2:0
Gözəl oyunu ilə dünya çempionatının gizli favoriti qismində görülən Fransa bu gün Nigeriya ilə görüşüb. Bu komandalar tarixi ərzində cəmi 1 dəfə üz-üzə gəlib. Maraqlıdır ki, həmin matçda afrikalılar 1:0 hesabı ilə rəqibindən üstün olub.

Əslində Bosniya və Herseqovina kimi ulduzları olan komandanı qrupda saxlayan, Argentina ilə başa-baş oynayan Nigeriyadan Fransa qarşısında da sürpriz gözləməyə dəyərdi. Nigeriyalılar birinci hissədə aktiv və hətta adlı-sanlı rəqibdən bir qədər də üstün olublar. Amma Afrika təmsilçilri bu tempi sona qədər qoruya bilməyərək, ikinci hissədə üstünlüyü əldən veriblər. Nəticədə, Fransa 2 qol vuraraq, 1/4 finala keçib.

30 iyun
Fransa – Nigeriya - 2:0
Qollar: Poqba, 79; Yobo (avtoqol), 90+

Almaniya - Əlcəzair - 2:1
Bu qarşılaşma tərəflərin 3-cü görüşü kimi tarixə düşüb. Maraqlıdır ki, bu komandaların əvvəlki 2 oyununda ərəblər qalib gəlib. Həmin bu 2 matçın top fərqi Afrika təmsilçinin xeyrinə olub - 4:1. Üçqat dünya çempionları rəqibin müqavimətini ancaq əlavə edilmiş vaxtda qıra biliblər. Almaniya yığması çətinliklə Əlcəzair üzərində qələbə qazanıb - 2:1.

1 iyul, 1/8 final

Almaniya - Əlcəzair - 2:1
Qollar: Şürle, 92; Özil, 120 - Djabou, 120

Beləliklə dünya çempionatında daha bir 1/4 final cütlüyü məlum olub. Turnirin 1/4 finalında Fransa və Almaniya qarşılaşacaqlar.

Fransa və Almaniya arasında 1/4 final iyulun 4-də Rio-de-Janeyrodakı “Marakana” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 21-də başlayacaq.
1606 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı