Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Cənubi Koreya futbolçularını "konfet"lə qarşıladılar

Etirazdan sonra baş məşqçi istefa edəcəyini bildirib

Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının qrup mərhələsinin II turunun oyunlarında uğursuz çıxışı ilə mundiala vida edən Cənubi Koreya yığması vətəninə qayıdıb.

Cənubi koreyalı futbol azarkeşləri çempionatdan uğursuz nəticə ilə geri qayıdan milli komandanın oyunçularına reaksiya göstəriblər. Belə ki, onlar futbolçularına ölkədə rəhqir mənasına gələn bir hərəkət ediblər.

Belçika, Rusiya və Əlcəzairin olduğu H qrupunu məğlub başa vuran Cənubi Koreyalı futbolçular İnçeon hava limanında gözləmədikləri bir etiraz nümayişiylə qarşılaşıblar.

Azarkeşlər futbolçuların qarşısına çıxaraq onlara konfet atıblar. Olduqca aqressiv görünən etirazçılar əllərində "Cənubi Koreya futbolu öldü" yazılmış plakatlar tutublar.

Qeyd edək ki, daha sonra mətbuatın suallarını cavablandıran Cənubi Koreya Milli Komandasının baş məşqçisi Honq Myunq-Bo DÇ-də göstərdikləri uğursuz nəticəyə görə üzr istəyib və futbol federasiyasına istefasını təqdim edəcəyini bildirib.
1240 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP