Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

“Yalan danışıramsa, rəsmi qurumlar niyə təkzib vermədi”

Üzeyir Cəfərov: “Yalan danışıramsa, rəsmi qurumlar niyə təkzib vermədi”
Hərbi ekspert Üzeyir Cəfərovun-Rusiya üç rayonu bizə qaytaracaq açıqlaması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib

Hərbi ekspert bildirdi ki, bəzi adamlar deyir ki, mən bu sözlə, guya, özümü reklam edirəm: “Mən sözümə, özümə hörmət edən adamam. Olmayan şeyi necə deyə bilərəm? Bu cür önəmli, dövlət məsələsində səhvə yol vermərəm. Mən rəsmi biri olmadığım üçün heç kim buna inanmır, amma bilməlidirlər ki, mən danışıqlarda iştirak edən hər tərəflə daim əlaqə yaradıram. Ölkədəki və xarici politoloqlarla bu məsələni müzakirə edirik.

Əgər, dediyim yalandırsa, niyə, Xarici İşlər nazirliyi və digər rəsmi qurumlar bu xəbərə təkzib vermədi?”

Üzeyir Cəfərovun sözlərinə görə, Rusiyanın təklif etdiyi üç rayonu biz qəbul etməməliyik. Əgər, qəbul etsək qarşılığında çox şey itirəcəyik. Bu məsələdə müsbət bir şey var, o da Azərbaycan tərəfinin bu təklifə cavab verməməsidir. Bu, Rusiyanın Azərbaycanı təsir altında saxlamaq üçün oynadığı oyundur. Sözügedən üç rayon Azərbaycana qaytarılsa, blokada aradan götürüləcək. Bundan sonra Türkiyə də Ermənistanla sərhədi açacaq. Beləliklə, Ermənistanın inkişafı başlayacaq. Bundan əlavə Azərbaycan da Qərbin gözündən düşəcək, deyə Üzeyir Cəfərov bildirdi./İnterpress/
1323 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber