Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Ukrayna hərbçiləri mühasirəyə düşdü: 6 yaralı

Əməliyyatlarda iştirak edən Ukrayna hərbçiləri Donbas vilayətinin İliçevka məntəqəsində mühasirəyə düşüblər.

Bu barədə "İnformasiya müqaviməti" qrupunun koordinatoru Dmitri Timçuk öz Feysbuk səhifəsində məlumat yerləşdirib. Onun sözlərinə görə, minaya düşən Ukraynaya məxsus BTR partladıldıqdan sonra gülləbaran edilib. Hələ ki, iki nəfərin yaralandığı bildirilir.

Məlumatı yeniləyən Timçuk Slavyans və Krası Limanda blok-postlara atəş açıldığını (yerli vaxtla saat 18:00), Kramatorsk aeroportunun minamyot atəşinə tutulduğunu, üç tərəfdən gülləbaran edildiyini (19:20), hərbçilərdən birinin yaralandığını, terrorçuların isə itki vermədiyini qeyd edir.

“İnformasiya müqaviməti”nin son məlumatı isə 22:00-a aiddir. Timçuk qeyd edir ki, Luqans bölgəsində blok-post atəşə tutulub, 4 hərbçi ağır yaralanıb.
1148 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP