Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

6 ayda Silahlı Qüvvələr 47 nəfər itirib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi bildirir ki, 2014-cü ilin ilk 6 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 47 nəfər itirib. 10 nəfər cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, 3 nəfər mina partlayışında həlak olub. İtkilərin 34-ü isə qeyri-döyüş itkisidir.

Məlumata görə, 6 ayda 6 hərbçi qeyri-nizamnamə hərəkətlərinin qurbanı olub, 7 nəfər xəstəlikdən dünyasını dəyişib, 11 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-si Daxili Qoşunların, 2-si Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.
1581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber