Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

2291 ana dilindən, 1914 nəfər isə riyaziyyatdan “iki” aldı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində keçirilib.

Həmin imtahanların nəticələri iyunun 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumatda qeyd olunur ki, ana dilindən 692 nəfər “iki”, 54 nəfər “beş”, riyaziyyatdan 758 nəfər “iki”, 62 nəfər “beş” qiyməti alıb. Ümumilikdə bu sinif üzrə 1569 nəfər imtahan verib.


Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanının (təkrar və eksternat qaydasında) nəticələrinə dair statistik məlumata gəlincə, ana dilindən 1599 nəfər “iki”, 13 nəfər “beş”, riyaziyyatdan 1656 nəfər “iki”, 31 nəfər “beş” qiyməti alıb.

Bu sinif üzrə imtahan verənlərin sayı 2689 nəfər olub.
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber