Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Hacıbala Abutalıbovun vəhhabi oğlu həbs edilib

İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb.
Bakı meri Hacıbala Abutalıbovun vəhhabi olduğu iddia edilən oğlu İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb. Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb. Qeyd edək ki, xeyli vaxtdır ictimaiyyət arasında İ. Abutalıbovun Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar dolaşırdı. Aşurbəy məscidində aparılan əməliyyat zamanı da hüquq-mühafizə orqanı əməkdaşlarının dindarları İ. Abutalıbovla bağlı sorğu-sual etdiyi bildirilirdi.
Məsələ ilə bağlı dəqiqləşdirmə aparmaq üçün Hacıbala Abutalıbovun telefonuna zəng etdik. Merin telefonuna cavab verən xanım şəxsi sual olmasına baxmayaraq, H.Abutalıbovun əvəzindən bildirdi ki, belə məlumatlara inanmaq lazım deyil: “Hamısı yalandır, belə bir şey yoxdur”. Milli Təhlükəsizlik Nazirliyinin məlumat mərkəzindən isə ümumiyyətlə, Aşurbəy məscidində əməliyyat keçirildiyi inkar edildi: “Bizdə belə bir əməliyyatın keçirilməsi ilə bağlı məlumat yoxdur”.
Xatırladaq ki, iyunun 20-də MTN və DİN Bakının Aşurbəy məscidində əməliyyat keçirərək 20 nəfəri həbs edib. Məlumatı əməliyyat keçirən nazirliklər təsdiqləyib. Əməliyyatla bağlı fotolar da xəbərlər arasında yer almışdı. Həmin vaxt yayılan məlumatda deyilirdi ki, əməliyyat zamanı saxlanılan sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlar sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İ. Abutalıbovun İŞİD-ə qoşulmaq istəyənlərin ölkəni tərk etməsinə şərait yaratması və əlaqələrin hansı istiqamətdə olması ilə bağlı dindiriliblər. O da bildirilirdi ki, sələfilərin Badamdar qəsəbəsində yerləşən ibadət yerlərində aparılan yoxlamalardan sonra kifayət qədər böyük məbləğ müsadirə edilib. İ. Abutalıbovun da elə bu səbəbdən həbs edildiyi ehtimal olunur.
1472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:53
MTN işi: