Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Mosulun şərqində 50-dən artıq terrorçu məhv edilib

İraq ordusu dünən axşam Mosulun şərqində 50-dən artıq silahlını məhv edib
Burada silahlıların çoxlu sayda texnikasının da sıradan çıxarıldığı qeyd edilib

İraq ordusunun xüsusi təyinatlılarından ibarət briqadası hərbi təyyarələrin müşayiəti ilə Mosul şəhərinin şərq hissəsində "DAİŞ" terror təşkilatının bir mövqeyinə hücum edib və onların 50-dən artıq silahlısını məhv edib.

İnterAz-ın SumariyaNews-a istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin terrorla mübarizə idarəsi məlumat verib. Burada silahlıların çoxlu sayda texnikasının da sıradan çıxarıldığı qeyd edilib. Məlumata əsasən, "DAİŞ"in liderlərindən biri Əymən əl-Əfğani də bu əməliyyatda öldürülüb.

İraq təhlükəsizlik qüvvələri Babil əyalətinin şimalında da silahlıların mövqelərini aşkarlayıb və onlara zərbələr endirib.

Bu arada İraqın təhlükəsizlik mənbələri ölkəyə gələcək ABŞ hərbiçilərinin sayının 800-ə çatacağını deyiblər. Məlumata əsasən, ABŞ İraq hökumətinə hərbi helikopterlər və pilotsuz təyyarələr də verəcək.

Bildirək ki, başda “İraq-Şam İslam Dövləti” (DAİŞ) bir sıra terrorçu təşkilatlar 3 həftə öncədən başlayaraq ölkənin Neynəva, əl-Ənbar, Səlahəddin və Diyala əyalətlərinin bir sıra bölgələrini ələ keçiriblər. Hazırda ən şiddətli qarşıdurmaların Səlahəddin əyalətinin mərkəzi Tikrit ətrafında gedir.
1217 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:47