Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

İraq parlamenti bu gün ölkənin baş nazirini seçəcək

İraq parlamentindəki siyasi cinahlar bu gündən başlayaraq ölkənin baş naziri, parlament sədri və prezidentini seçmək üçün iclaslara başlayacaq

İraq parlamentindəki siyasi cinahlar bu gündən başlayaraq ölkənin baş naziri, parlament sədri və prezidentini seçmək üçün iclaslara başlayacaq.

İnterAz-ın Əlcəzirə-yə istinadla verdiyi xəbərə görə, İraq parlamentindəki siyasi cinahlar son günlərdə apardıqları qeyri-rəsmi danışıqlardan sonra prezident, qanunvericlik və icra hakimiyyətlərini öhdəsinə götürən şəxslər barəsində hələ də razılığa gələ bilməyiblər.

Bu arada ölkədə kürdlərin partiyaları arasında prezidentin kimliyi barədə ixtilafların olduğu kimi, sünnilərin də öz aralarında parlament sədrinin kimliyi barədə təfriqələr qalmaqdadır.

Digər tərəfdən ABŞ höküməti də İraqdakı siyasi cinahları sözügedən 3 postun sahibi barədə razılaşmanın tez bir zamanda əldə edilməsini istəyib. Sədr cinahının lideri Müqtəda Sədr də sabiq baş nazir Nuri əl-Malikiyə öz namizədliyini irəli verməməyə çağırıb.

Qeyd edək ki, aprel ayının 30-da İraqda keçirilən parlament seçkilərində Nuri əl-Malikinin “Qanun dövləti” parlamentdəki 327 kürsüdən 95-ni əldə edə bilmişdi. Hazırda İraqdakı digər cinahlar “Qanun dövləti” partiyasından Nuri əl-Malikidən qeyri bir şəxsin namizədliyinin verilməsini tələb edirlər.
1671 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:19