Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Ərdoğan prezidentliyə namizəd oldu

İyulun 1-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası liderini - baş nazir Rəcəb Teyyub Ərdoğanı avqustun 10-da keçiriləcək prezident seçkisində namizəd irəli sürüb. Namizədin irəli sürülməsi qərarını hakim partiyadan olan bütün deputatlar imzalayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, prezident seçiləcəyi təqdirdə, ölkə yeni rəhbərlik və yeni idarəetmə sistemi əldə edəcək.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, R.T.Ərdoğan prezident seçilərsə, iqtisadiyyatın inkişafı və gücləndirilməsinə önəm verəcəyini deyib. O, həmçinin ölkədəki qeyri-qanuni qurumlarla mübarizənin də yeni prezidentin prioritetlərindən olacağını qeyd edib.
1132 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber