Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Tanışının ürəyini yaran gənc: “Vurulmalı oğlan idi”

Ötən gün Xaçmazda qanlı cinayət baş verib

Ötən gün Xaçmazda qanlı cinayət baş verib. Xaçmaz rayon polis şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun  verdiyi məlumata görə, dünən saat 16:00-da Yeni Sudur kəndi ərazisində iki nəfərin davası bıçaqlanma ilə nəticələnib.

Belə ki, şəxsi münasibətlər zəmnində 22 yaşlı Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. Teyyub Romana 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biir gəncin ürəyinə dəyib.

Ağır yaralanan Roman Əliosmanov xəstəxanaya yerləşdirilib. Onu dərhal əməliyyat ediblər. Hazırda vəziyyəti orta-ağırdı.

Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb. O əməlindən peşman olmadığını bildirib.

“Peşmanam ki, onu öldürə bilmədim. Hamı onu da yaxşı tanıyır, məni də. Vurulmalı oğlan idi. Hər kim mənim yerimdə olsa belə edərdi”, - deyə Teyyub Ağakərimov bildirib./ans/
1184 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber