Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Türkiyədə azərbaycanlı tutuldu

2 Azərbaycan vətəndaşı silahlı insidentdə ittiham edilirlər

Türkiyədə azərbaycanlı saxlanılıb. Alanya şəhərində atışma qeydə alınıb.
Belə ki, adıçəkilən şəhərdə Tiflisdə doğulan 46 yaşlı Nizami adlı kişi daha öncə arasında münaqişə olan azərbaycanlı İlqar G, Sevindik K.(34) və Rusiya vətəndaşı Sakhıb G.(48) ilə qarşılaşıb.

Tərəflər arasında küçədə başlayan mübahisədən sonra silahlar çıxıb. Ayağından yaralanan Nizami adlı kişi xəstəxanaya çatdırılıb.
Hadisədən sonra adıçəkilən hər 3 şəxs həbs edilib.

Sevindik K. və Sakhıb G. məhkəmə qərarı ilə şərti azad edilsələr də, atəş açılan silah 48 yaşlı İlqarın adında qeydiyyatda olduğu üçün o həbs edilib./ans/
1237 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber