Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

İran XİN: İraqa hərbi yardım etməyə hazırıq

İran rəsmisi Tehranın İraqa hərbi yardım etməyə hazır olduğunu bildirib.

“Reuters”in verdiyi xəbərə görə, İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahi Tehranın silah təchizatı ilə bağlı İraqdan hər hansı müraciət almadığını, lakin əgər bu baş verərsə, İranın buna hazır olduğunu bildirib.

"Hazırda Bizim İraq torpaqlarında ordumuz və ya silahlı qüvvələrimiz yoxdur və bu ölkəyə ordu göndərmək planımız da yoxdur”, - deyə İran rəsmisi mətbuat konfransında bildirib: "İraq bizə hərbi yardım almaqla bağlı müraciət etməyib. Ancaq əgər bu baş verərsə, beynəlxalq hüquq və qaydalar çərçivəsində və ikitərəfli razılaşmalar əsasında terrorla effektiv mübarizə aparmaq üçün İraq hərbi yardımla təmin olunacaq”.
1192 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:02