Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

DÇ-2014: Avropa Amerikaya qarşı

Bu gün keçiriləcək iki oyunla “DÇ-2014”-ün 1/8 final mərhələsinə yekun vurulacaq.

Bu oyunlardan sonra mundialın bütün 1/4 finalçıları müəyyənləşəcək.

Öncə meydana Argentina və İsveçrə yığmaları çıxacaq. Bu oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar indiyədək 3 dəfə qarşılaşıb. Iki dəfə Argentina yığması meydanı qalib tərk edib, bir dəfə isə matç heç-heçə bitib.

“Arena De Sao Paulo” stadionunda baş tutacaq oyunu Jonas Erikssonun idarəçiliyi ilə İsveçli hakim heyəti idarə edəcək.


Belçika və ABŞ

Gecənin digər oyunu isə 1/8 final mərhələsinin son matçı olan Belçika və ABŞ komandaları arasında keçiriləcək. Həmin matçın start fiti Bakı vaxtı ilə saat 01:00-da veriləcək.

Komandaların əvvəlki nəticələrinə baxdıqda Belçikanın üstünlüyü var. Keçirilən oyunlarda 2 dəfə Belçika, bir dəfə isə ABŞ qalib gəlib.

“Arena Fonte Nova” stadionunda keçiriləcək oyunu Camel Haymodinin başçılığı ilə Əlcəzairli hakim heyəti idarə edəcək.

Argentina-İsveçrə və Belçika-ABŞ oyunlarının qalibləri 1/4 finalda bir-birilə qarşılaşacaq.

Xatırladaq ki, artıq mundialın 1/4 final mərhələsinin 3 cütlüyü müəyyənləşib. Bu mərhələdə Braziliya-Kolumbiya, Hollandiya-Kosta-Rika və Fransa-Almaniya görüşləri keçiriləcək.
1279 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber