Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2014

Ayətullah Məkarim Şirazidən Ərəbistana xəbərdarlıq

Ayətullah Məkarim şeyx Nəmirin edam edilməsi bağlı Ərəbistana xəbərdarlıq verib

“Səudiyyə Ərəbistanı rəsmilərini bu kimi acı nəticələr meydana gətirəcək radikal addımlarından çəkindirirəm"

İranın tanınmış müctəhidi Ayətullah Məkarim Şirazi Səudiyyə Ərəbistanının şiə liderlərindən biri şeyx Nəmir Baqir ən-Nəmirin edam ediləcəyi barədə rəsmi ər-Riyada ciddi xəbərdarlıq verib.

İnterAz-ın əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, bu barədə Ayətullah Məkarim Şirazinin bu gün verdiyi bəyanatda deyilib. Bəyanatda deyilib:

“Səudiyyə Ərəbistanı rəsmilərinin İhsa və Qətifdəki şiələrlə rəftarı barədə sarsıdıcı xəbərlər gəlir. Onlar zindanlarda şiə alimlərinə fikir və bəyan azadlığını tələb etdiklərinə görə işkəncə verirlər. Bundan daha dəhşətlisi isə şeyx Baqir ən-Nəmirin edam edilməsinin tələb edilməsidir. Səudiyyə Ərəbistanı rəsmilərini bu kimi acı nəticələr meydana gətirəcək radikal addımlarından çəkindirirəm. Bu əməl dünya şiələrinin və əhli-beyt sevərlərin qəlbini ciddi şəkildə sarsıda bilər. Bunun pis sonu olacaq. Edam kimi hökmlərin əvəzinə onların haqq tələblərini eşitsinlər. Onlar öz hüquqlarını tələb edir. Onlar öz dini ayinlərini yerinə yetirmək üçün azadlıq istəyir”.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 08:07