Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Donetsk və Luqansk xalq respublikaları federasiya yaradır

Donetsk və Luqansk xalq respublikalarının liderləri federasiya yaratmaq niyyətindədirlər.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə Donetsk Xalq Respublikasının baş naziri Aleksandr Boroday bildirib.

A.Boroday yaradılacaq federasiyanın vahid parlamenti və prezidentinin olacağını bildirib.

O, həmçinin, Donetsk və Luqansk xalq respublikaları arasında heç bir fikir ayrılığının olmadığını qeyd edib: “Arabir yaranan əhəmiyyətsiz məsələlər müzakirələr yolu ilə tamamilə öz həllini tapır”.
1214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber