Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

“Bulla-Dəniz” yatağındakı yanğının səbəbkarı bəlli oldu

Mirvari Qəhrəmanlı “Bulla-Dəniz” yatağında baş vermiş yanğına səbəb olan İdarənin adını açıqladı

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Apa­ra­tında Xəzər dənizinin “Bulla-dəniz” yatağındakı 90 nömrəli quyuda qəza nəticə­sində baş vermiş yanğının qarşı­sı­nın alınmasında fərqlənmiş DSX hərbi qulluqçularının Azər­baycan Res­pub­likası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mükafatlan­dırılması mərasimi keçirilib.

Amma nədənsə bu qəzanın baş verməsində təqsirkar olan bir nəfərin də adı çəkilmədi. Bu boyda qəzanın baş verməsində heç bir məsuliyyətli şəxsin olmaması sadəcə təəccüb doğurur.

Bu qəzanın real günahkarı olmasını vurğulayan Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.Org-a bildirib ki, dəymiş ziyan nə qədər ki, insanlar tərəfindən ödənilmir, şirkət və ya dövlət tərəfindən ödənilir, bu hal ölkədə davam edəcək: “ARDNŞ Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına ən yaxşı halda təşəkkür verilə bilərdi. Mükafatlandırmaya heç bir səbəb yox idi. Sadəcə bunlar pul paylamağa yer axtarırlar.

Azərbaycanda real günahkar heç vaxt cəzalandırılmır. “Bulla-Dəniz” yatağında real günahkar var və dəfələrlə bununla bağlı müraciətlər də etmişik. Bu Kompleks Qazma İşləri Treyestinin Sahil Qazma İşləri İdarəsidir. Səlahiyyətim olmadığı üçün ad çəkə bilmirəm. Dəymiş ziyan nə qədər ki, insanlar tərəfindən ödənilmir, şirkət və ya dövlət tərəfindən ödənilir, bu hal ölkədə davam edəcək.

Həmin insanların cəzalandırılmamasının da yalnız bir səbəbi var. Bu insanlar araşdırıldıqda həlqənin bir ucu gedib çox yükəsk dairələrə çıxacaq. Yəni bu sistemdə hər kəs kiminsə tərəfindən vəziifəyə gətirib. Bu baxımdan heç kəs öz adamının adının hallanmasını istəmir”.
1659 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber