Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Dünya Çempionatı: Keçən günün nəticələri

Argentina - İsveçrə - 1:0
Bu dəfə Argentina İsveçrə ilə kimin güclü olduğunu müəyyənləşdirməyə çalışıb. Oyundan əvvəl favorit Cənubi Amerika təmsilçisi göstərilirdi. Statistikada da İsveçrənin Argentina ilə keçirdiyi 6 qarşılaşmanın heç birində qalib gəlmədiyini görmək mümkündür. Belə ki, 4 dəfə ikiqat dünya çempionları qalib gəlibsə, 2 matçda üstün tərəf müəyyənləşməyib. İsveçrə Argentinaya qol vurmaqda da çətinlik çəkir. Avropalıların 3 qoluna argentinalılar 14 qolla cavab verib.

Bu oyunda da argentinalılar üstün olublar. Bütün oyun boyu hücum edən Argentina yığması qələbə topunu ancaq əlavə olunmuş vaxtda - 118-ci dəqiqədə vurub. Qeyd edək ki, Argentina DÇ-nin 1/4 final mərhələsində Belçika-ABŞ cütlüyünün qalibi ilə qarşılaşacaq.

1 iyul, 1/8 final

Argentina - İsveçrə - 1:0
Qol: Di Maria, 118

Belçika - ABŞ - 2:1
Belçika – ABŞ oyunu 1/4 finala vəsiqə qazanan 8-ci komandanı müəyyənləşdirib.

Bu matçın qalibi Belçika millisi 1/4 finalda Argentina ilə üz-üzə gələcək. Hələ mundial başlamamışdan öncə heyətinə görə gücü yüksək qiymətləndirilən Belçika yığması bu görüşdə favorit göstərilirdi. Bu komandalar indiyə kimi 5 dəfə üz-üzə gəlib. 4 dəfə Belçika, 1 dəfə isə ABŞ qələbəyə sevinib. 8 dəfə “qırmızı iblislər” qol vurub. 5 dəfə isə millimizin baş məşqçisi Berti Foqtsun müşaviri olduğu “yankilər” fərqlənib.

Bugünkü oyunda da sevinən tərəf Belçika olub. Avropa təmsilçiləri ikinci hissədə və əlavə olunan vaxtın birinci hissəsində böyük üstünlüyə malik olublar. Belçika bu üstünlüyü 2 qola çevirə bilib. Bundan sonra ayılan ABŞ millisi oyunun son dəqiqələrində rəqibə gərgin anlar yaşadıb. Amma amerikalıların cəmi 1 qol vurmağa gücləri yetib və Belçika çətinliklə də olsa 1/4 finala yüksəlib.

1/8 final
2 iyul

Belçika - ABŞ - 2:1
Qollar: De Bryune, 93; Lukaku, 105 - Qrin, 107
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...