Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

ABŞ-da uşaqların 72%-i mobil qurğulardan istifadə edir

“Common Sense Media” şirkətinin araşdırmasına əsasən, Amerika Birləşmiş Ştatlarında mobil qurğulardan istifadə edən amerikalı uşaqların sayı iki ildə 34% artıb.

İCTnews-un məlumatına görə, 2011-ci ildə 8 yaşdan aşağı istifadəçilərin sayı 38% təşkil etdiyi halda, hazırda bu göstərici 72%-dir.

Bundan başqa, müəyyən edilib ki, hazırda iki yaşdan aşağı uşaqların 38%-i mobil qurğulardan istifadə edir. 2011-ci ildə bu göstərici 10% olub.

Həmçinin məlum olub ki, uşaqların gün ərzində mobil qurğular arxasında keçirdiyi vaxt 15 dəqiqəyə qədər artıb. 2011-ci ildə bu göstərici 5 dəqiqə təşkil edib.

Sorğuda 1500 valideyn iştirak edib.
1914 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:26