Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Kim raket sınağını izlədi

Şimali Koreya liderinin raket sınağını izləyərkən çəkilən yeni fotoşəkilləri yayılıb.

Şimali Koreya iyunun 29-da Koreya yarımadasından Yapon dənizinə 2 qısa məsafəli raket buraxmışdı. Ölkə liderinin rəhbərliyi ilə keçirilən sınaq uğurla başa çatdırılmışdı.

Kim Çen Inın əməliyyatı izləməsinin bəzi xəbər agentlikləri tərəfindən əvvəlcə yalan olduğu deyilsə də, prezidentin sosial şəbəkədə yayılan yeni fotoşəkilləri xəbərin doğru olduğunu göstərib.

Onu da qeyd edək ki, 26 iyun tarixində eyni istiqamətdə daha üç azməsafəli raket buraxılıb. Əməliyyata rəhbərlik edən Kim Çen In, “Bu milli müdafiə sisteminin gücləndirilməsində əsaslı bir hadisədir”, deyə razılığını bildirib.
1202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber