Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

“Məni məcbur etməsinlər ki, hər şeyi açıb danışım”

İcra hakimiyyəti Azər Əsgərovun mülkünə 334 min manat qiymət qoyub

AXCP-nin partladılmış qərərgahının sahibi Azər Əsgərovun şikayəti əsasında 2 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsində başlanan prosesi ötən gün davam edib.
Ötən məhkəmə prosesində qərara alınmışdı ki, Azər Əsgərova dəyən ziyanla bağlı (daşınar və daşınmaz əmlakın dəyəri) qarşı tərəf sənəd hazırlasın və məhkəməyə təqdim etsin. Bu dəfəki prosesdə məhkəməyə 2 sənəd təqdim edildi. Sənədlərdən biri partladılmış mülkün dəyərini, digəri isə müsadirə olunmuş əşyaların siyahısını göstərirdi. Belə ki, Nərimanov rayon icra hakimiyyətinin təşəbbüsü ilə aparılan araşdırmadan sonra belə qərar verilib ki, partladılmış mülkün qiyməti 335 min manatdır. Daşınar əmlak isə 21 adda əşyadan ibarətdir.
Azər Əsgərov bildirdi ki, mülkünə qoyulan qiyməti təhqir kimi qəbul edir, əşyaların siyahısı isə reallığı əks etdirmir: “Mən tələb edirəm ki, bu qanunsuzluğa hüquqi qiymət verilsin və mənə dəymiş ziyan tam ödənilsin. Mənim mülküm sənəddə 319 kvadratmetrdi. Bunların təklif etdikləri qiymət mülkün ”padmayak" qiymətinə də uyğun gəlmir. Belə çıxır ki, mənim mülkümün hər kvadratmetri 1000 manatdan hesablanıb. Bu qədər quldurluq olmaz. Yazıblar ki, guya mənim mülkümün tavanı taxta döşəmədən ibarət olub. Əgər o mülkün tavanı taxtadan olsaydı, partlayış nəticəsində yerlə yeksan olardı. Mən o mülkə 100 tonlarla armatur tökmüşəm. 3 günə güclə sökdülər. Bunlar elə bilirdilər ki, mənim mülküm taxtadandır və bir partlayışla dağılacaq. Bundan əlavə mənim zirzəmimdə AXCP-yə təhvil vermədiyim əşyalarım olub. Bunlar quldurcasına mənim yataq mebellərimi, geyimlərimi, yorğan-döşəyimi də oğurlayıblar. Mən həmin mülkü 150 nəfərlik restoran kimi istifadə etmişəm. Bunlar isə yazırlar ki, 5 qutu qab-qacaq olub. Kəmaləddin Heydərov və Nərimanovun icra başçısı mənim mülkümü məhv edib. Mənim iştirakım olmdan mülküm talan edilib və tələb edirəm buna hüquqi qiymət verilsin. Mənə demişdilər ki, AXCP-dən qərərgahı geri almasan partladacağıq".
Azər Əsgərovun vəkili Namizəd Səfərov çıxışı zamanı bildirdi ki, bu işdə adı hallanan vəzifəli şəxslər maraqlı olmalıdılar ki, məsələ həllini tapsın. Ancaq, onlar vətəndaşın pulun verməkdən imtina edirlər və prosesin uzanmasına səbəb olurlar: “Bu hadisə başqa bir ölkədə başqa versəydi, həmin ölkədə böyük skandal yaranardı. Çünki, baş verənlərdə əsaslı olaraq yüksək vəzifə tutmuş şəxslərin adı hallanır. Bu adamlar dəridən-qabıqdan çıxmalıdılar ki, məsələ böyüməsin. Biz bu məsələni Avropa Məhkəməsinə qədər aparacağıq və həmin şəxslərlə bağlı dünyanın müxtəlif təşkilatlarına məlumat verəcəyik. Əlimizdə kifayət qədər audio, video materiallar var. Mən yenə təklif edirəm ki, dəymiş ziyan ödənilsin və məsələ bağlansın. Bəlkə pulları yoxdur? Vaxtilə mülkə 3 milyon qiymət qoymuşdular və tələb etmişdilər ki AXCP-dən alınsın”.
Daha sonra Azər Əsgərov bildirdi ki, mən sona qədər mübarizə aparacam və Kəmaləddin Heydərovdan, icra başçısından da qorxmuram: “Şəhərdə uçub tökülən evlərə 1500 manatdan pul verirlər. Mənə isə, öz mütəxəsisllərinin çıxardığı qərara əsasən 1000 manat təklif edirlər. Mənim evimi partladanlardan fərqli olaraq, bu mülkü rüşvətlə, oğurluqla almamışam. Mən 4 aydır küçələrdə qalmışam. Onlar gözləyirlər ki, mənim ürəyim partlasın, amma bu xoşbəxtliyi onlara yaşatmayacam. Mənim oğlum memardı, tikinti şirkəti yaradıb. Ancaq, Kəmaləddin Heydərovun adamları onun bütün yollarını bağlayıblar, işləməyə qoymurlar. Məni məcbur etməsinlər ki, hər şeyi danışım. Kəmaləddin Heydərovun Türkiyədə nələr etdiyini, hansı şirkətləri yaratdığını yaxşı bilirəm. Türkiyədə də bizi təhdid edirlər”.
Sonda hakim təklif etdi ki, iddiaçı tərəf daşınmaz əmlaka qoyulan qiymətə və daşınar əmlakın siyahısına etiraz etdiyi üçün ekspert təyin olunsun və real nəticə əldə edilsin.
Qarşı tərəf bununla razılaşsa da, Azər Əsgərov və vəkil Namizəd Səfərov buna etiraz etdi
Azər Əsgərov bildirdi ki, Azərbaycanda heç bir ekspert rəyinə inanmır: “Mən polisə müraciət edirəm, qorxusundan Kəmaləddin Heydərovla bağlı iş açmır. Indi də ekspert Kəmaləddinin qorxusundan saxta rəy verəcək. Ona görə də ekspertizanın əleyhinəyəm və bu həm də vaxtın uzadılmasına xidmət edir”.
Ekspertizayla bağlı qərar bugün qəbul olunacaq./azadlıq/
1021 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.