Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Terrorçuların "xəlifəsi" Əbu Bəkir Bağdadi Neynəvaya qaçıb

İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkir Bağdadi Neynəvaya qaçıb

İŞİD terror təşkilatının başçısı Əbu Bəkir Bağdadi İraqın Səlahəddin vilayətindən Neyneva vilayətinə qaçıb. "Kurd Pres" xəbər agentliyi bildirir ki, Səlahəddin Hərbi Qərargahındakı mənbələr İraq ordusunun Tikrit şəhərini İŞİD terrorçularından tamamilə təmizləməsindən sonra təkfirçi terror qrupunun lideri Əbu Bəkir Bağdadi öz adamları ilə birlikdə Neynəva vilayətinin Mosul şəhərinə qaçıb.

İŞİD terror təşkilatı tərəfindən mövzuyla əlaqədar yayımlanan məlumatda isə bildirilir ki, İraq ordusu özünü yeni silahlarla təmin etdikdən sonra bu terror qruplaşması ya qaçmaq, ya da ölümlə üz-üzə qalma kimi iki variantla qarşı-qarşıya qalıb./deyerler/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber