Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Jirinovski Kapellonu qarətçi adlandırıb

RLDP partiyasının lideri Vladimir Jirinovski Braziliyada keçirilən futbol üzrə Dünya çempionatında Rusiya yığmasının çıxışını tənqid edib.

Bu barədə "Sovetski sport" nəşri bildirib.

Siyasətçi milli komandanın məşqçisi Fabio Kapello ilə danışmaq istədiyini bəyan edib.

"Onun işini nəzərdən keçirməli və özünün istefa haqqında ərizə yazmasını təmin etmək lazımdır. Amma tamahkardır, yazmaz axı. Havayı 7 milyon almaq yaxşıdır. Komanda uduzub, amma bu məvacibdə əksini tapmayıb. Soyğunçular!", - Jirinovski bəyan edib.

RLDP lideri həmçinin Rusiya futbol ittifaqının (RFİ) rəhbərliyini qovmağı təklif edib, həm də əlavə edib ki, milli komandanın baş məşqçisi vəzifəsinə OMİK (Ordu Mərkəzi İdman Klubu) məşqçisi Leonid Sluskini təyin etmək lazımdır.

"Leonid Sluski özünü yaxşı təqdim edib. Bir də ki, Kapello özünü necə aparır? Məğlub olublar, o isə qolf-kluba gedib jurnalistlərlə mətbuat konfransı keçirməyib, azarkeşlərlə görüşməyib. Özü üçün yaşayır. Vecinə də deyil!", - Jirinovski əlavə edib.

Qeyd edək ki, Rusiya yığması Dünya çempionatının qrup mərhələsini keçə bilib. Rusiyalılar Əlcəzair (1:1) və Cənubi Koreya ilə (1:1) heç-heçə, belçikalılara isə (0:1) uduzublar.
1437 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...