Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2014

Züqanov: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın tarixi torpaqları gec-tez özünə qayıdacaq”.

Bu sözləri Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov bəyan edib.

Rusiyalı partiya sədri G.Züqanov daha sonra bildirib ki, o, Azərbaycanın ərazi bütövlüyünü keçmiş SSRİ-də olan sərhədlərlə tanıyır və qəbul edir:
“Mən Azərbaycanda səfərdə olanda, bu ölkənin necə tez dəyişməsinin və inkişaf etməsinin şahidi olmuşam. Bakı çox gözəl və müasir şəhərə çevrilib. Azərbaycanla bağlı mənim xatirələrim çoxdur. Hətta, mənim atam Böyük Vətən müharibəsi dövründə döyüşdə yaralanmış və Bakıda müalicə olunmuşdu. Bakıda müalicə alıb sağaldıqdan sonra isə atam yenidən müharibəyə yollanmışdı. Bu baxımdan da Bakı mənim üçün yaddaqalan şəhərdir”.
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı